Füzulidə beynəlxalq aeroportun tikintisi sürətləndiriləcək

Füzulidə beynəlxalq aeroportun tikintisi sürətləndiriləcək
# 01 fevral 2021 12:39 (UTC +04:00)

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində beynəlxalq hava limanının yaradılması çərçivəsində minalardan təmizlənmiş ərazilərdə uçuş-enmə zolağının özülünün hazırlanması üçün torpaq yatağının çıxarılması işləri aparılıb.

"APA-Economics"in məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Etibar Hüseynov deyib.

Onun sözlərinə görə, yeni hava limanının inşası aerovağzal binasının, uçuş-enmə zolağın, perronun, yönəldici yolun, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, radionaviqasiya və meteoroloji avadanlıqların, transformator yarımstansiyaların. Köməkçi binalar, qurğular və xarici mühəndis kommunikasiyalarının tikintisini nəzərdə tutur.

Yeni hava limanının tikintisi çərçivəsində ilk növbədə uzunluğu 3 000 metr və eni 45 metr olan uçuş-enmə zolağının tikintisinə başlanılıb.

İşin təşkili maksimum sürətlə davam edəcək. Yazın gəlişindən sonra 24 saatlıq iş rejiminin təşkil ediləcəyi planlaşdırılır.

Onun sözlərinə görə, uçuş-enmə zolağının işıq-siqnal sistemləri, eləcə də radionaviqasiya və meteorolojı avadanlıqlar ilə təchiz edilməsi üçün xarici şirkətlərlə müqavilələr bağlanılıb və bu avadanlıqlar 2021-ci ilin sonunadək Azərbaycana gətirilərək Füzuli hala limanında quraşdırılacaq.

Bu ilin sonunadək, üç enmə zolağının və aerodrom hissəsinin tikintisinin başa çatdırılması planlaşdırılır. Yeni hava limanı tikildikdən sonra Bakıdan Füzuliyə təxmini 45 dəqiqəyə təyyarə ilə çatmaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR