Giorgi Qaxaria: "Şərq-Qərb avtomagistralın 70 km inşası bu il tamamlanacaq"

Giorgi Qaxaria: "Şərq-Qərb avtomagistralın 70 km inşası bu il tamamlanacaq"
# 03 iyul 2020 12:00 (UTC +04:00)

Gürcüstan bu ilin sonunadək Şərq-Qərb yüksəksürətli magistral avtomobil yolunun ölkə ərazisindən keçən 70 kilometrinin inşasını tamamlayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş Naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, yolun 19 km uzunluğunda olan hissəsində işlər artıq yekunlaşıb. Layihə Qırmızı Körpü-Sarp avtomobil yolunun ən vacib qovşağıdır və bu istiqamətdə hərəkət zamanı vaxta qənaət etməyə, həmçinin təhlükəsizliyin artırılmasına xidmət edəcək.

Layihənin ümumi dəyərinin 200,255 mln. lari (65,366 mln. ABŞ) olduğu bildirilir.

Xatırladaq ki, yolun tikintisini Avropa İnvestisiya Bankı maliyyələşdirir. Magistralın tikintisinin əsas məqsədi nəqliyyat daşınmalarında vaxt və məsafə itkilərini azaltmaq, beynəlxalq ticarət və sərnişin daşınmalarında daha çox nailiyyətlər əldə etməkdir. E-60 kimi tanınan Avropa nəqliyyat magistralı Fransanın Brest şəhərindən başlayır və Qırğızıstanın İrkeştam şəhərində başa çatır. E-60-ın Gürcüstan hissəsindən keçən hissəsi Azərbaycan ilə sərhəddən başlayır və Poti limanında başa çatır. Magistralın Gürcüstan ərazisindən keçən hissəsinin uzunluğu 392 kilometrdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR