Gələn ilin əvvəlində MyGov.az portalının mobil əlavəsi istifadəyə veriləcək

Gələn ilin əvvəlində MyGov.az portalının mobil əlavəsi istifadəyə veriləcək
# 25 noyabr 2019 11:35 (UTC +04:00)

MyGov.az elektron xidmətlər portalının mobil əlavəsi gələn ilin ilk aylarında istifadəyə veriləcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, MyGov.az portalı uyğunlaşan bir resursdur və o, mobil telefon və digər vasitələr üçün uyğunlaşdırılıb: "Lakin sözsüz ki, mobil texnologiyaların özünün də verdikləri üstünlükləri var. Həmin üstünlüklərdən də biz yararlanmalıyıq. Artıq “MyGov”un mobil versiyası üzərində işləmələrə başlanılıb. Yəqin ki, növbəti ilin ilk aylarında biz mobil versiyanı istifadəyə verəcəyik", - deyə C. Salmanov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR