Gəncə-Böyük Kəsik dəmir yolunda 119 yoldəyişən təzələnib

Gəncə-Böyük Kəsik dəmir yolunda 119 yoldəyişən təzələnib
# 04 fevral 2020 17:47 (UTC +04:00)

Dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində ümumilikdə 171 yoldəyişən qurğunun qoyulması nəzərdə tutulur. Prosesə ötən ilin avqust ayının əvvəlində başlanılıb və bu günə qədər 119 yoldəyişən təzələnib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, sabah Tovuz stansiyasında daha 6 yoldəyişən təzələnməsi planlaşdırılır. Prosesi “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edir.

Məlumata görə, yoldəyişən qurğular dəmir-beton tirlər üzərində qoyulur ki, bu da hərəkətin təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi baxımından çox əlverişlidir və sürətin artırılmasına imkan verir. Yeni yoldəyişənlər üzərindən hərəkət edən qatarlar bir yoldan digərinə təhlükəsiz şəraitdə keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR