"Google Chrome" brauzeri bəzi kompüterlərdə işləməyəcək

"Google Chrome" brauzeri bəzi kompüterlərdə işləməyəcək
# 08 fevral 2021 16:00 (UTC +04:00)

“Google Chrome” brauzeri 89-cu versiyaya qədər yenilənəcək və 2005-ci ildən əvvəl istehsal olunan kompüter və noutbuklarda işləməyəcək.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat; “Chromium” qrupu yayıb.

Qeyd olunur ki, bu yeniləmənin “Streaming SIMD Extensions 3”ü (SSE3) dəstəkləməyən x86 arxitekturaları ilə işləmək imkanı olmayacaq. Bu kimi xüsusiyyətlərə əsasən 2005-ci ildən əvvəl istehsal olunan kompüterlər malikdir.

Köhnə platformaların istifadəçiləri yaxın vaxtlarda dəstəyin bitəcəyi barədə bildirişlər alacaqlar.

“Chrome OS”, “Android” və “Mac” artıq SSE3 qabiliyyətli prosessorlara ehtiyac duyduğundan yeniləmə yalnız “Windows”a təsir edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR