"Google Maps" sürücüləri ekoloji təmiz marşrut üzrə hərəkət etməyə yönəldəcək

"Google Maps" sürücüləri ekoloji təmiz marşrut üzrə hərəkət etməyə yönəldəcək
# 30 mart 2021 16:06 (UTC +04:00)

"Google Maps" tətbiqi avtomobil sürücülərini havada daha az tullantı yaranan marşrut üzrə hərəkət etməyə yönəldəcək.

"APA-Economics" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, "Google"un iqlim dəyişikliyi ilə mübarizə öhdəliyi çərçivəsində bu funksiya cari ilin sonunda ABŞ-da işə düşəcək, daha sonra isə digər ölkələrdə əlçatan olacaq.

"Google" marşrutlar barədə məlumatları ABŞ-ın Bərpa olunan Enerji Tədqiqatı üzrə Milli Laboratoriyasından əldə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR