"Google" koronavirus peyvəndlərinin təşviqinə 150 mln. dollar ayıracaq

"Google" koronavirus peyvəndlərinin təşviqinə 150 mln. dollar ayıracaq
# 25 yanvar 2021 14:58 (UTC +04:00)

"Google" korporasiyasının ana şirkəti olan "Alphabet Inc." şirkəti COVID-19-a qarşı vaksinasiyanın təşviqinə və peyvəndlərin bərabər şəkildə əlçatan olunmasına 150 mln. ABŞ dolları ayıracaq.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə şirkətin baş icraçı direktoru Sundar Piçay bildirib.

Məbləğin 100 mln. dolları ÜST və ABŞ Xəstəliklərə Nəzarət Mərkəzləri və qeyri-kommersiya təşkilatları arasında bölüşdürüləcək. Qalan 50 mln. dollar isə sağlamlıq agentliklərinin vaksinlə əlaqəli məlumatları və təchizatları zəif olan icmalara əhatə etməsinə yönələcək.

Bundan əlavə, şirkət "Google"un bəzi saytları vaksinasiya mərkəzləri kimi fəaliyyət göstərə bilməsi üçün yenidən açacaq və axtarış sisteminin daxilində vaksinasiyaya dair konkret məlumat verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR