Gürcüstan Azərbaycandan sement idxalını 2,5 dəfə artırıb

Gürcüstan Azərbaycandan sement idxalını 2,5 dəfə artırıb
# 19 fevral 2021 12:00 (UTC +04:00)

Bu ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 1 460,8 min ABŞ dolları dəyərində 31 881,6 ton sement idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin (GEOSTAT) hesabatında qeyd olunub.

Bildirilib ki, idxal edilən məhsulun dəyəri illik müqayisədə 779,7 min dollar və ya 2,2 dəfə, həcmi isə 19 248,4 ton və ya 2,5 dəfə artıb. Ötən ilin hesabat dövründə isə Gürcüstan Azərbaycandan 661,1 min dollar dəyərində 12 633,2 ton sement idxal edib.

Cari ilin yanvarında qonşu ölkənin Azərbaycandan 1 530,8 min dollar dəyərində 2 808,0 ton dəmir və polad çubuqlar idxal edib. İdxal edilən məhsulun dəyəri illik müqayisədə 262,4 min dollar və ya 20,6%, həcmi isə 42,1 ton və ya 1,5% artıb.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayı ərzində Gürcüstan Azərbaycandan 1 268,4 min dollar dəyərində 2 765,9 ton dəmir və polad çubuqlar idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR