Gürcüstan Qara və Xəzər dənizləri arasında yükdaşımaları asanlaşdırmaq niyyətindədir

Gürcüstan Qara və Xəzər dənizləri arasında yükdaşımaları asanlaşdırmaq niyyətindədir
# 28 yanvar 2020 13:41 (UTC +04:00)

Gürcüstan Qara dənizlə Xəzər dənizi arasında avtomobil hərəkətinin asanlaşdırılması üçün Poti şəhərində yeni körpü inşa edəcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yollar departamenti məlumat yayıb.

Bildirilib ki, 432 metr uzunluğunda olacaq körpü Rioni çayı üzərində inşa ediləcək və Qara dənizlə Xəzər dənizi arasında avtomobillərin daha asan və təhlükəsiz hərəkət etməsinə xidmət edəcək.

Layihənin inşası üçün elan edilən tenderə 12 şirkətin müraciət etdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR