Gürcüstanda aviadaşımalar pandemiya dövründə 2,5 dəfə azalıb

Gürcüstanda aviadaşımalar pandemiya dövründə 2,5 dəfə azalıb
# 16 mart 2021 15:49 (UTC +04:00)

Gürcüstan hava məkanı ilə uçuşlar son bir ildə kəskin azalıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, cari ilin fevralında Gürcüstan hava məkanı ilə 4 426 uçuş baş tutub. 2020-ci ilin eyni dövründə isə bu göstərici 11 233 uçuş olub. Göründüyü kimi, aviadaşımalar 2,5 dəfə azalıb. Hazırkı göstərici 2019-cu illə müqayisədə 2,4 dəfə azdır. Belə ki, 2019-u ildə Gürcüstan hava məkanı ilə 10 886 uçuş baş tutub.

Gürcüstan hava məkanı ilə uçuşların kəskin azalmasının əsas səbəbinin yeni növ koronavirus (COVID-19) pandemiyası olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR