Gürcüstanda bu il 6 yeni SES istismara verilib

Gürcüstanda bu il 6 yeni SES istismara verilib
# 13 dekabr 2019 11:14 (UTC +04:00)

Bu il ərzində Gürcüstanda 6 yeni su elektrik stansiyası (SES) istismara verilib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu il istismara verilən SES-lərin ümumi istehsal gücü 57,9 MVt təşkil edir. Yaxın vaxtlarda daha 4 stansiyanın istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə Gürcüstanda 5 yeni SES istismara verilib. İki il ərzində istifadəyə verilən SES-lərin ümumi istehsal gücü 98,3 MVt-tdır. SES-lərin tikintisi üçün 210,7 mln. ABŞ dolları xərclənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR