Gürcüstanın daha üç telekanalı "Azerspace-1" peykindən yayıma başlayıb

Gürcüstanın daha üç telekanalı "Azerspace-1" peykindən yayıma başlayıb
  • Clock-gray 13:22
  • calendar-gray 01 Aprel 2021

"Azərkosmos" ASC Gürcüstanın "Media Holding" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, əməkdaşlıq müqaviləsinə görə "Media Holding" şirkətinə daxil olan "Rustavi-2", "Comedy TV" və "Marao TV" televiziya kanalları "Azerspace-1" peyki üzərindən kommersiya yayımına başlayıb.

Geniş izləyici auditoriyasına malik olan bu kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, analitik və mədəniyyət proqramları nümayiş olunur.

Qeyd edək ki, "Media Holding" şirkəti ilə əməkdaşlıq sayəsində artıq gürcü izləyicilərin 99%-i "Azerspace-1" peyki vasitəsilə yayımlanan televiziya kanallarına baxa biləcək.

"Azerspace-1" peykinin Avropa yayım şüası üzərindən təqdim olunan "Rustavi-2", "Comedy TV" və "Marao TV" kanalları 11095/H/30000 tezliyində yayımlanır.

Hüseyn Vəliyev

Digər xəbərlər