Hakerlər "Pfizer" və "BioNTech"in peyvəndlə bağlı məlumatlarını ələ keçirib

Hakerlər "Pfizer" və "BioNTech"in peyvəndlə bağlı məlumatlarını ələ keçirib
# 10 dekabr 2020 17:23 (UTC +04:00)

Avropa Dərman Preparatları Agentliyinə (EMA) kiberhücum edən naməlum hakerlərlər Almaniyanın "BioNTech" və ABŞ-ın "Pfizer" şirkətlərinin koronavirusa qarşı peyvəndlə əlaqədar bəzi məlumatlara giriş əldə ediblər.

"APA-Economics" məlumatına görə, bu barədə "BioNTech" şirkətinin açıqlamasında deyilir.

Bildirilir ki, Agentliyik şirkətlərin kiberhücuma məruz qaldığını və hakerlər tərəfindən öz serverində saxlanılan "Pfizer" və "BioNTech"ə məxsus "BNT162b2" – COVID-19-a qarşı namizəd sayılan peyvəndə dair bəzi sənədlərin qanunsuz yolla ələ keçirildiyini bildirib.

Buna baxmayaraq, şirkətlərin kompüter sistemlərinə toxunulmadığı qeyd edilir.

Çərşənbə günü, EMA haker hücumuna məruz qaldığını və bununla əlaqədar istintaqın başlandığını elan edib. Qeyd olunan insidentlə bağlı Agentlik hələ ətraflı məlumat verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR