Hava nəqliyyatı ilə qlobal yükdaşımalar sentyabrda 8% azalıb

Hava nəqliyyatı ilə qlobal yükdaşımalar sentyabrda 8% azalıb
  • Clock-gray 10:10
  • calendar-gray 05 Noyabr 2020

Bu ilin sentyabr ayında dünyada hava nəqliyyatı ilə yükdaşımaların həcmi illik ifadədə 8% azalıb. Avqustda azalma 12,6% təşkil etmişdi.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.

IATA qeyd edir ki, bununla belə, sentyabrda ən böyük azalma Latın Amerikasında (22,5%), Asiya-Sakit Okean regionunda (15,9%) və Avropada (15,4%) qeydə alınıb. Yaxın Şərqdə azalma 2,6% olub. Afrikada yükdaşımalar 8,2%, Şimali Amerika isə 8,6% artıb.

Hesabat ayında hava nəqliyyatı ilə beynəlxalq yükdaşımalar illik ifadədə 9,9% azalıb.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nәqliyyatı ilә yükdaşımalar 2,4 dәfә artaraq 316,5 min ton təşkil edib.

APA-Economics

Digər xəbərlər