Heydər Əliyev Aeroportunda xaricdən gələnlərin hərarəti ölçüləcək, onlar xüsusi testlərdən keçiriləcək

Heydər Əliyev Aeroportunda xaricdən gələnlərin hərarəti ölçüləcək, onlar xüsusi testlərdən keçiriləcək
# 11 iyun 2020 17:24 (UTC +04:00)

“Heydər Əliyev Hava Limanına xaricdən gələn sərnişinlərin bədən hərarəti ölçülməli, onlar xüsusi testlərdən keçirilməlidirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.

E. Hacıyev nəzərə çatdırıb ki, test nəticəsi müsbət olan sərnişinlər xüsusi tibbi maşınla xəstəxanaya çatdırılacaq: “Azərbaycana gələn sərnişinlərin əlində son 48 saat üçün qüvvədə olan test nəticəsi olmalıdır. Üçuşdan sonra sərnişinlərin baqajları bir daha dezinfeksiya ediləcək. Sərnişinləri qarşılayanlar terminala daxil ola bilməyəcək, qonaqları bayırda gözləyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR