"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb - FOTO

"Hökumət buludu"na keçidlə bağlı daha üç dövlət qurumu ilə müzakirələr aparılıb - FOTO
  • Clock-gray 15:07
  • calendar-gray 01 Aprel 2021

Azərbaycanda daha üç dövlət qurumunun "Hökumət buludu"na ("G-cloud") keçidi ilə bağlı müzakirələr aparılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "AzInTelecom" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, "Azcloud Hökumət Həlləri" layihəsi çərçivəsində Nazirlər kabinetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli qərarı ilə dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçid planı üzrə dəyirmi masalar davam etdirilir.

"Hökumət buludu"na keçid zamanı normativ, maliyyə və texniki məsələlərin müzakirəsi məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə görüşlər təşkil olunub və müzakirələr aparılıb.

Qeyd edək ki, cari ildə "Hökumət buludu"na keçidi nəzərdə tutulan 36 dövlət qurumu ilə görüşlər təşkil olunacaq. Bu günədək Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Ədliyyə Nazirliyinin nümayəndələri ilə görüşlər baş tutub.

Hüseyn Vəliyev

Digər xəbərlər