"Honda" ABŞ-da 1,4 mln. çox avtomobili geri çağırır

"Honda" ABŞ-da 1,4 mln. çox avtomobili geri çağırır
  • Clock-gray 14:19
  • calendar-gray 16 Dekabr 2020

Yaponiyanın “Honda” avtomobil korporasiyası ABŞ-da 1,435 mln. avtomobili müəyyən qüsurlar səbəbindən geri çağırır. Şirkət bu addımı bəzi detalların təmiri və proqram təminatının yeniləməsi məqsədilə atıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Honda”nın açıqlamasında deyilir.

Şirkət ABŞ-da 2018-2020-ci illərin istehsalı olan 737 min “Accord” və “Accord Hybrid”, həmçinin 2019-2020-ci illərin istehsalı “Insight” modellərini geri çağırır. Bu modellərdə bort şəbəkəsinin idarəetmə blokunun (BCM) proqram təminatı yenilənəcək. Sözügedən qüsur arxa görünüş kamerasının, şüşə silənlərin və dönmə siqnalının işinə təsir edə bilər.

Bundan başqa, 430 min 2012-ci ilin “Civic Hybrid”, 2007-2014-ci illərin “Fit” və 2013-2015-ci il  “Acura ILX” modeli də geri çağırılır.

Digər geri çağırma şüşə qaldıranla bağlıdır. Qaldırıcının açarını dəyişmək məqsədilə “Honda” 268 min 2002-2006-ci il istehsalı olan CR-V modelini geri çağırır.

Xatırladaq ki, “Honda Motor” 1946-cı ildə təsis edilib. 1960-cı ilədək şirkət yalnız motosiklet istehsalı ilə məşğul idi və yalnız 1970-ci illərdə “Honda” beynəlxalq bazarda özünü aparıcı Yaponiya avtomobil istehsalçılarından biri kimi tanıda bilib.

APA-Economics

Digər xəbərlər