Hövsan Yaşayış Kompleksində hərbi qulluqçulara 803 mənzil ayrılıb

Hövsan Yaşayış Kompleksində hərbi qulluqçulara 803 mənzil ayrılıb
  • Clock-gray 10:12
  • calendar-gray 22 İyul 2020

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.

MİDA-dan “APA-Economics”ə verilən məlumata görə, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində yerləşən 2 962 mənzildən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilmişdir.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayrılıb.

APA-Economics

Digər xəbərlər