Hövsanda güzəştli mənzillərin satışına başlanılıb

Hövsanda güzəştli mənzillərin satışına başlanılıb
# 21 aprel 2021 15:24 (UTC +04:00)

Hövsan Yaşayış Kompleksində inşa olunan altı binanın 503 mənzili üzrə 404 vətəndaş tərəfindən ərizələr təqdim olunub.

Mənzil İnşaatı Dövlət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, mənzillər həm ipoteka kreditindən istifadə etməklə, həm də vətəndaşların öz vəsaiti hesabına ödəniş üsulu ilə satılacaq.

Satışa çıxarılan 503 mənzilin seçimi "Elektron hökumət" üzərindən "Güzəştli mənzil" elektron sistem vasitəsilə həyata keçirilib. Sistemdə elektron kabinet əldə edən şəxslərin sayı 18 138 nəfərdir. Satış zamanı 503 mənzilin seçimində iştirak edənlərin sayı 1 472 nəfər olub.

Mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 26 aprel tarixində saat 11:00-da başlayacaq və 30 aprel tarixi saat 11:00-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR