IATA qlobal aviasənayenin bərpa müddətini açıqlayıb

IATA qlobal aviasənayenin bərpa müddətini açıqlayıb
# 15 mart 2021 17:55 (UTC +04:00)

Dünya aviasiya sənayesi böhrandan əvvəlki səviyyəyə 2024-cü ilin ikinci yarısında qayıdacaq.

"APA-Economics"in məlumatına görə, bunu Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) xarici əlaqələr üzrə baş vitse-prezidenti Sebastyan Mikoş (Sebastian Mikosz) RIA "Novosti" agentliyinə deyib.

O həmçinin bildirib ki, 2021-ci il üçün perspektivlər qeyri-müəyyən qalıb. Belə ki, koronavirusun üçüncü dalğası bu ilin ilk rübündə aviasənayeyə 2020-ci ilin I rübündəkindən daha ağır zərbə vura bilər. Eyni zamanda, IATA-nın rəsmisi qeyd edib ki, hazırda hava nəqliyyatı ilə yüklərin daşınması sərnişindaşıma ilə müqayisədə inkişaf edir, çünki bir çox aviaşirkət dünyada COVID-19-a qarşı peyvəndlərin tədarükünə başlayıb.

IATA-nın hazırda inzibati qərarlar səbəbindən xidmətlərini göstərə bilməyən aviaşirkətlərə əlavə maliyyə yardımı tədbirlərin təbliğini davam etdirəcək, Mikoş bildirib. Bundan başqa, o, dövlətləri yeni bir virusun peyda olunacağı təqdirdə bazarları bağlamamağa çağırıb, çünki sənayenin pandemiya şərtlərinə uyğunlaşması lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR