IDC: Fərdi kompüter bazarı gələn ildən bərpa olunacaq

IDC: Fərdi kompüter bazarı gələn ildən bərpa olunacaq
# 31 may 2020 11:15 (UTC +04:00)

Koronavirus pandemiyasından sonra qlobal fərdi kompüter bazarı gələn ildən tez bərpa olunmayacaq.

"APA-Economics"in "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu fikri IDC-nin (International Data Corporation) analitikləri ifadə ediblər.

Onların fikrincə, bu ilin I rübündə kütləvi özünütəcrid zamanı insanlar evdən işləyərkən və təhsil alarkən noutbuklara və masaüstü kompüterlərə tələbat yüksək idi, lakin bazarın həcmi III və IV rüblər ərzində azalacaq.

Təşkilatlar tərəfindən İT infrastrukturun yenilənməsi xərclərinin azaldılması səbəbindən fərdi kompüter bazarının kommersiya sektoru, xüsusilə kiçik şirkətlər əziyyət çəkəcək.

Çində istehsalın bərpa olunması, eləcə də məsafədən iş prinsipinin saxlanılması səbəbindən Orta və Şərqi Avropada cari ilin II rübündə bazarın 3% artacağı gözlənilir. Bununla yanaşı, ilin sonuna kompüter cihazlarının ümumi tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 360,9 mln. ədəd təşkil edəcək.

IDC kommersiya kompüter bazarının 2021-ci ildə böyüməyə qayıdacağını və il ərzində satışların 3,5% artacağını gözləyir.

İstehlakçı kompüterlərinin satışları III rübdə 21,3%, IV rübdə isə 14,8% azalacağı gözlənilsə də, 2021-ci ildə bu məhsulların satışı 4% artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR