"İKT LAB"da kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə başlanılır

"İKT LAB"da kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə başlanılır
  • Clock-gray 14:35
  • calendar-gray 03 Noyabr 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, məqsəd ölkədə kibertəhlükəsizlik sahəsi üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

“Cisco” Şəbəkə Akademiyasının tədris proqramı əsasında təşkil olunacaq təlimlərə kibertəhlükəsizlik istiqamətində karyera qurmaq istəyən şəxslər qatıla bilərlər.

İlk təlim “Kibertəhlükəsizliyə giriş” mövzusunu ehtiva edəcək, 16 noyabr tarixindən etibarən onlayn formatda və bir ay müddətində keçiriləcək.

Sonda iştirakçılar “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “Cisco” Şəbəkə Akademiyasının sertifikatlarını əldə edəcəklər.

Bu link (http://bit.ly/kibertehlukesizliyegirish) vasitəsilə təlim haqqında ətraflı məlumat əldə etmək və iştirak üçün qeydiyyatdan keçmək mümkündür. Qeydiyyat 10 noyabr saat 23:59-da başa çatacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər