İKZF: Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində 380 müqavilə imzalanıb

İKZF: Azərbaycanda kirayə mənzil mexanizmi çərçivəsində 380 müqavilə imzalanıb
# 30 noyabr 2020 12:41 (UTC +04:00)

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində indiyədək 380 müqavilə rəsmiləşdirilib.

"APA-Economics"in məlumatına görə, bunu İKZF-nin jurnalistlər üçün təşkil etdiyi tədbirdə təqdimatla çıxış edən Fondun kirayə mənzil departamentinin direktoru Ramil Tahirov deyib.

O bildirib ki, elektron kabinet yaradanların sayı 10 064 nəfər, müraciət göndərənlərin sayı 7 082 nəfər, təklif olunan mənzillərin sayı 983 ədəd, faktiki qalan mənzillərin sayı isə 603 ədəd təşkil edib.

Qeyd edək ki, martın 16-da elektron kabinet yaradanların sayı 8 374 nəfər, rəsmiləşdirilmiş müqavilələrin sayı isə 6 təşkil edirdi. Müraciət formalaşdıranlar və müraciət göndərənlərin sayı isə 7 523-ə və 5 893-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR