İKZF mənzil fondunu genişləndirir

İKZF mənzil fondunu genişləndirir
# 02 dekabr 2020 10:15 (UTC +04:00)

Yaxın zamanlarda Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində mənzil fonduna 194 yeni mənzil əlavə olunacaq.

"APA-Economics"in Fonda istinadən verdiyi məlumata görə, yeni mənzillərin 52-si Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində yerləşən kompleksdə, 142-si isə Nizami rayonu, Babək prospektindəki yaşayış kompleksində təklif olunacaq.

Qeyd edək ki, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi çərçivəsində indiyədək 380 müqavilə rəsmiləşdirilib və əlavə mənzillərin kirayə verilməsi əhalinin tələbindən asılı olacaq.

Xatırladaq ki, hazırda İKZF-nin balansında 983 kirayə mənzil mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR