ITU Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib

ITU Azərbaycanla əməkdaşlığını yüksək qiymətləndirib
# 03 dekabr 2019 10:51 (UTC +04:00)

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı çox yüksək qiymətləndiririk.

"APA-Economics"in məlumatına görə, bunu "Bakutel 2019" sərgisinin açılışında ITU-nun Baş katibi Haoulin Jao deyib.

Onun sözlərinə görə, sentyabr ayında MDB ölkələri arasında dünyanın ən qabaqcıl texnologiyalarının nümayiş etdirmək üçün ITU-nun konfransı məhz Bakıda keçirilib.

"Texnologiya dünyası sürətlə inkişaf edir və bu yeni texnologiyalar vasitəsilə biz "əşyaların interneti" və 5G-ni də görürük. Sözsüz, ITU bu rəqəmsal inqilabın önündə gedir. Bu yaxınlarda Ümumdünya Radio Rabitə konfransı baş tutub. Konfransda ən vacib müzakirə olunan məsələlərdən biri də radio-spektrin idarə olunması idi. Bu texnologiyalar daha çox insanı əlaqələndirəcək və rəqəmsal iqtisadiyyata bəhrə gətirəcək", - deyə H. Jao qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR