ITU: Gələn ilin iyun ayından 5G standartlarının qlobal tətbiqinə başlanılacaq

ITU: Gələn ilin iyun ayından 5G standartlarının qlobal tətbiqinə başlanılacaq
# 03 dekabr 2019 11:24 (UTC +04:00)

5G texnologiyası üzrə standartlar yekunlaşmaq üzrədir və gələn ilin iyun ayından etibarən bu standartların tətbiqinə başlanılacaq.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Baş katibi Houlin Jao deyib.

Onun sözlərinə görə, 5G-nin uğurlu olması üçün təkcə standartların olması kifayət deyil və bunun üçün müvafiq tezlik spektri olmalıdır.

"Biz 5G xidmətləri üçün dissonans spektrini uğurla əldə etdik. Məhz bununla gələcəkdə bütün dünyada 5G xidmətlərinin təqdim olunmasını həyata keçirəcəyik", - deyə H. Jao qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR