İnnovasiya həftəsinin növbəti onlayn tədbiri keçirilib

İnnovasiya həftəsinin növbəti onlayn tədbiri keçirilib
# 15 dekabr 2020 14:20 (UTC +04:00)

“InnoWeek – İnnovasiya həftəsi 2020”nin növbəti onlayn tədbiri keçirilib.

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Advanced Data Science & Deep Learning” adlı vebinar nazirliyin “Robopark” layihəsi çərçivəsində “Matrix” Təlim Mərkəzi tərəfindən təşkil olunub.

İtaliyada “Data Science” üzrə magistr təhsili alan Ülviyyə Cəfərli müvafiq sektora dair təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.

Vebinarda “Dərin öyrənmə”, “Obyektin aşkar olunması”, “NLP-Təbii Dilin Emalı” kimi maraqlı istiqamətlər müzakirə predmeti olub.

Eyni zamanda “Data Science” sahəsinin incəliklərindən, karyera imkanları və bu istiqamətdə real nümunələrdən bəhs edilib.

Vebinara 1 000-ə yaxın izləyici qatılıb. İzləyicilərin marağına səbəb olan tədbir interaktiv keçib, 200-ə yaxın iştirakçının sahə üzrə sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR