İnnovasiyalar Agentliyi InBIA-ya üzv seçilib

İnnovasiyalar Agentliyi InBIA-ya üzv seçilib
# 16 noyabr 2020 15:03 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Üüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar Agentliyi inkubasiya və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin inkişafını dəstəkləyən Beynəlxalq Biznes İnnovasiya Assosiasiyasına (InBIA) üzv seçilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, assosiasiyanın əsas missiyası inkubator və akselerasiya mərkəzlərinin, təhsil müəssisələrinin və regional sahibkarlıq mərkəzlərinin fəaliyyətini təkmilləşdirmək üçün lazımi dəstək alətləri təklif etməkdir.

30 ildən artıqdır fəaliyyət göstərən InBIA-nın hazırda 60-dan artıq ölkədə 2 mindən çox üzvü mövcuddur.

Assosiasiyanın təlim proqramlarında iştirak etmək, mentorlar və ekspertlərlə tanış olmaq, həmçinin sənaye sahələrindəki son yeniliklərdən xəbərdar olmaq və qlobal şəbəkədə təcrübə mübadiləsində yeni biliklər əldə etmək imkanı gənc sahibkarların inkişafını sürətləndirir.

Hər bir üzv InBIA-nın təqdim etdiyi beynəlxalq standartlara uyğun sertifikasiyadan keçmək imkanını da qazanır. Assosiasiya mütəmadi olaraq müxtəlif sənaye sahələrinin inkişafı mövzusunda, qlobal trendlər və digər aktual sualları cavablandıran tədbirlər keçirir.

Qeyd edək ki, İnnovasiyalar Agentliyinin InBIA-ya üzv seçilməsi Azərbaycanda innovasiya ekosisteminin inkişafına müsbət töhfəsini verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR