İnternetin Qlobal İnkişaf İndeksinin nəticələri açıqlanıb

İnternetin Qlobal İnkişaf İndeksinin nəticələri açıqlanıb
  • Clock-gray 17:19
  • calendar-gray 24 Noyabr 2020

Bu il İnternetin Qlobal İnkişaf İndeksində (Global Internet Development Index – GIDI) ABŞ, Çin və Almaniya ilk üç pillədə qərarlaşıb.

APA-Economics” sözügedən indeksə istinadən xəbər verir ki, ilk onluğa Böyük Britaniya, Sinqapur, İsveç, İsveçrə, Fransa, Kanada və İsrail də daxil olub. Builki reytinqdə dünyanın 48 ölkəsi yer alıb.

İndeksdəki reytinq sistemi həm Çin, həm də müxtəlif xarici mənbələrdən alınan statistik məlumatlara əsaslanır. Təhlil 6 əsas parametr əsasında hazırlanıb – infrastruktur, innovasiya potensialı, ümumi sahənin inkişafı, internet tətbiqləri, kibertəhlükəsizlik və internet idarəçiliyi.

2020-ci ilin hesabatında göstərilən məlumatlara görə, dünyada internet istifadəçilərinin ümumi sayı 300 mln. nəfər artaraq 4,54 milyarda çatıb.

Hazırda internetin ən yüksək əhatə dairəsi Skandinaviya ölkələrində qeydə alınıb (95%). Bu ölkələrin ardınca Şərqi Avropa (92%), Cənubi Avropa (83%) və Şərqi Avropa (78%) ölkələri gəlir. Asiya üzrə göstərici 60%-dir.

Ölkələr üzrə ayrı-ayrı parametrlər əsasında qiymətləndirilməyə gəldikdə, informasiya infrastrukturunun inkişaf səviyyəsinə görə reytinqdə lider mövqeləri Sinqapur, Çin və ABŞ tutur. Ən yüksək innovasiya potensialı isə bu il ABŞ, Almaniya və Yaponiyada qeydə alınıb.

Sektorun inkişafına görə siyahıya ABŞ, Çin və İsrail başçılıq edir. İnternet tətbiqetmə bazarı üzrə reytinqin ilk üçlüyünə ABŞ, Böyük Britaniya və Almaniya daxil olub.

Kibertəhlükəsizlik sahəsində isə ilk üç yeri ABŞ, İsrail və Böyük Britaniya, internet idarəçiliyi üzrə isə ABŞ, Çin və Yaponiya tutub.

Hüseyn Vəliyev

Digər xəbərlər