İran 2021-ci ildə dəmiryol xətti vasitəsilə Rəşt şəhəri ilə Xəzər dənizini birləşdirəcək

İran 2021-ci ildə dəmiryol xətti vasitəsilə Rəşt şəhəri ilə Xəzər dənizini birləşdirəcək
# 14 dekabr 2020 17:56 (UTC +04:00)

İran hökuməti Xəzər dənizinin sahilindəki Ənzəli şəhərindən Gilan vilayətinin inzibati mərkəzi sayılan Rəştə qədər gedən dəmir yolunun inşasını 2021-ci ilin iyun ayınadək tamamlamağı planlaşdırır.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

"Administrasiyanın sonuna qədər (söhbət hazırkı prezident administrasiyası haqqında gedir, İranda növbəti seçkilərin 18 iyun 2021-ci il tarixində keçirilməsi planlaşdırılır) Xəzər dənizini Rəştlə birləşdirəcəyik", - H. Ruhani qeyd edib.

"Qəzvin-Rəşt-Ənzəli" dəmir yolu xətti İranın son illərdəki ən vacib infrastruktur layihələrindən biridir. Tikinti başa çatdıqdan sonra bu marşrut Rusiya, Azərbaycan və İranı əhatə edən "Şimal-Cənub" nəqliyyat dəhlizinin bir hissəsinə çevrilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR