İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərində istifadə olunacaq tikinti materiallarının ehtiyatları qiymətləndiriləcək

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərində istifadə olunacaq tikinti materiallarının ehtiyatları qiymətləndiriləcək
# 25 yanvar 2021 15:31 (UTC +04:00)

Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılacaq tikinti-quraşdırma işlərində istifadə olunacaq lokal tikinti materiallarının ehtiyatları qiymətləndiriləcək.

Bunu "APA-Economics"ə AMEA-nın akademik katibi, akademik Adil Qəribov deyib.

Onun sözlərinə görə, bu ərazilərdə tədqiqatların aparılması, oranın tarixi, milli və ədəbi irsinin tədqiqi, ekoloji, yeraltı, yerüstü zənginliklərə müharibə dövründə vurulan ziyanların qiymətləndirilməsi və s. məsələlər üzrə genişmiqyaslı proqram və tədbirlər planı işlənilərək müvafiq qurumlara təqdim olunub.

"Güman edirəm, yaxın vaxtlarda sahədə genişmiqyaslı tədqiqatlar müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçiriləcək. Çox geniş, bütün sahələri əhatə edən tədqiqat planı var. Burada həm flora və fauna zənginliklərinin tədqiqi, həm də yeraltı imkanların aşkar edilməsi, mineral suların, su ehtiyatların qiymətləndirilməsi, onlardan səmərəli istifadə etmə sistemlərinin işlənilməsi sahəsində də işlər görüləcək. Bundan başqa, bioloji və ekoloji ekspedisiyalar həyata keçiriləcək. Ümumiyyətlə, bütün sahələr üzrə əvvəlki durumla müqayisədə vurulan ziyan, eləcə də tarixi abidələrə vurulan zərər qiymətləndiriləcək və onların bərpası üzrə planlar işlənəcək", - deyə A. Qəribov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR