İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı vəsaitlərin idarə olunması üçün fond yaradılması təklif edilir

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı vəsaitlərin idarə olunması üçün fond yaradılması təklif edilir
# 28 dekabr 2020 11:10 (UTC +04:00)

“İşğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması üçün 2.2 milyard manat vəsaitin nəzərdə tutulmasını çox müsbət qiymətləndiririk. Növbəti illərdə də bu istiqamətdə vəsaitlərin ayrılması nəzərdə tutulub”.

APA-nın məlumatına görə, bunu İqtisadi siyasət, sənayr və sahibkarlıq komitəsini sədri Tahir Mirkişili deyib.

T. Mirkişili qeyd edib ki, iş adamları, xaricdə yaşayan sahibkarlar onlara, deputat həmkarlarına müraciət edərək, bu işlərə dəstək olmaq arzularını bildirməkdədir: “Burda müzakirələrdə deyilən fikirləri də təhlil edərək düşünürük ki, bu məqsədlə ayrıca bir Fondun yaradılması maliyyələşmə və nəzarət mexanizmlərini daha da təkmilləşdirərdi. Fondun vəsaitinin yalnız büdcə hesabına deyil, həm də sahibkarların dəstəyi və beynəlxalq təşkilatlardan ola biləcək qrantlar hesabına formalaşması aparılacaq işlərə mühüm dəstək ola bilər. Fikrimizcə, xərclənən vəsaitlərin də bir mənbədən reallaşması prosedurları sadələşdirə və şəffaflığı daha da artıra bilər”.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR