Keçmiş DQMV üzrə toplam əhali sayı ehtimal olaraq hesablanıb

Keçmiş DQMV üzrə toplam əhali sayı ehtimal olaraq hesablanıb
# 09 mart 2021 16:05 (UTC +04:00)

“Azərkosmos” ASC tərəfindən işğaldan azad olunan ərazilərdə normal həyat və fəaliyyət rejiminin bərpası məqsədilə “Minalardan və partlamamış sursatlardan təmizləmə işlərinin planlaşdırılması və iş həcminin ilkin qiymətləndirilməsi” üzrə işlər yerinə yetirilib.

APA-Economics”in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, monitorinqin nəticəsi olaraq ilkin mərhələdə 45%, ikinci mərhələdə 35%, üçüncü mərhələdə isə 17% ərazinin təmizlənməsi təklif olunub. Qalan 3% ərazi isə təmizlənməyə ehtiyac olmayan ərazilər kimi müəyyən edilib.

Hərbi əməliyyatlar və sülh yolu ilə işğaldan azad edilən 7 ətraf rayon və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) üzrə ümumilikdə 727 ərazi vahidinin (o cümlədən Laçın dəhlizinə düşən 15 ərazi vahidi) peyk monitorinqi aparılmaqla ərazi vahidlərində yaşamaq üçün məqbul hesab edilən fərdi yaşayış evlərinin və mənzillərin ilkin qiymətləndirilməsi aparılıb, ərazilərdə məskunlaşma təhlil edilib, keçmiş DQMV üzrə toplam əhali sayı ehtimal olaraq hesablanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR