Koreya Statistika Komitəsinin sədri: “Azərbaycan dinamik inkişaf edir”

Koreya Statistika Komitəsinin sədri: “Azərbaycan dinamik inkişaf edir”
  • Clock-gray 11:13
  • calendar-gray 11 Dekabr 2019

"Gələcək hədəflərə nail olmaq üçün Azərbaycanın dəqiq statistikadan istifadə etməsi vacibdir. Çünki hər bir məlumat ölkənin və şirkətin düzgün rəqabətliliyinin artırılması üçün əsas məsələdir".

APA-nın məlumatına görə, bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə konfransında çıxış edən Koreya Statistika Komitəsinin sədri Shin-wook Kang bildirib. Onun sözlərinə görə, indiki qlobal cəmiyyətdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün birlikdə iş aparmaq lazımdır: "Biz ayrı-ayrılıqda deyil, birlikdə güclərimizi birləşdirməliyik və müasir tələblərə cavab vermək üçün birlikdə mübarizə aparmalıyıq. Bu baxımdan beynəlxalq statistika qurumları bütün statistik məlumatları hazırlamaq üçün güclərini birləşdirməlidir. Bu, yalnız bir ölkənin işi deyil, bütün ölkələr öz təcrübələrini bir-birləri ilə bölüşməli, innovativ inkişafa nail olmaq üçün birlikdə çalışmalıdırlar".

Komitə sədri qeyd edib ki, Azərbaycan 2016-cı ildə təsdiqlənən milli iqtisadi yol xəritəsi və mikroiqtisadi inkişaf strategiyasına uyğun dinamik inkişaf edir: "Koreya və Azərbaycan arasında statistika sahəsində əməkdaşlığın qurulması bu sahədə ciddi irəliləyişlərə səbəb olacaq və istənilən nəticə əldə olunacaq. Biz - statistika sahəsində çalışanlar parlaq gələcək naminə dünyanın şəffaf gözü olmalıyıq. Koreya qısa müddətdə iqtisadi gücünü artıra bilən, bu sahədə böyük təcrübəyə sahib olan bir ölkədir. Bu sahədə statistika orqanlarının dəstəyi heç də az olmayıb".

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date