Kür çayı boyunca və digər su hövzələrində yüzlərlə nəzarətsiz qoşulmalar aşkarlanıb

Kür çayı boyunca və digər su hövzələrində yüzlərlə nəzarətsiz qoşulmalar aşkarlanıb
# 07 yanvar 2021 13:49 (UTC +04:00)

Suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması vacib məsələ kimi qarşımızda dayanır və hazırda aidiyyəti qurumlar tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq su və su təsərrüfatı obyektlərində nəzarətdən kənar istifadənin aradan qaldırılması, inventarlaşdırmanın aparılması, uçotun təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür.

APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Kür çayı boyunca və digər su hövzələrində monitorinqlər aparılmış, yüzlərlə nəzarətdən kənar qoşulmalar aşkarlanıb: “Bunların böyük hissəsi aradan qaldırılır, amma bu iş davam edir və hesab edirəm ki, davamlı aparılmalıdır. İtkilərin azaldılması üçün nəzarətdən kənar, uçotdankənar istehlakın qarşısı birmənalı alınmalıdır. Əsas su və su təsərrüfatları obyektlərində aidiyyəti qurumlar tərəfindən 25 ədəd müasir ölçmə cihazı quraşdırılıb, əlavə 31 cihaz quraşdırılacaq”.

Baş nazirin müavini qeyd edib ki, Mingəçevir gölünə tökülən suya və çıxan suya artıq müasir cihazlarla nəzarət olunur, uçot müasir cihazlar vasitəsilə aparılır: “Bu ayın sonunadək bizim bütün su anbarlarımızda, çaylarımızda müasir cihazların quraşdırılması başa çatdırılacaq və biz dəqiq uçota malik olacağıq. Eyni zamanda, bu cihazlar birbaşa elektron su təsərrüfat sisteminə birləşərək insan amili də aradan qaldırılacaq və biz dəqiq biləcəyik ki, harada nə qədər su axır və hansı hallarda nə qədər suyumuz var”, - deyə Ş. Mustafayev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR