Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq

Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılacaq
# 04 fevral 2021 17:12 (UTC +04:00)

Görkəmli azərbaycanlı alim, "qeyri-səlis məntiq" termininin müəllifi və qeyri-səlis çoxluqlar nəzəriyyəsinin həmmüəlliflərindən biri sayılan Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş poçt markası buraxılacaq.

"Azərmarka" MMC-dən "APA-Economics"ə verilən məlumata görə, marka fevral ayının sonunda dövriyyəyə buraxılacaq

Qeyd edək ki, Lütfəli Rəhim oğlu Ələsgərzadə (Lütfi Zadə) 1921-ci il fevral ayının 4-də Bakının Novxanı kəndində anadan olub, 6 sentyabr 2017-ci il tarixində ABŞ-da (Kaliforniya, Berkli şəhəri) dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR