MHM veb-səhifəsini yeniləyib

MHM veb-səhifəsini yeniləyib
# 29 yanvar 2020 14:37 (UTC +04:00)

Azərbaycan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) rabita.az domen ünvanında fəaliyyət göstərən rəsmi internet saytı yenilənib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, saytda “Məhsullar”, “Xidmətlər” menyusu, Mərkəzlə bağlı xəbərlər və press-relizlərin yerləşdirildiyi “Media” bölməsi var. Həmçinin saytda “Smartpay” ödəmə sistemi və “Mobil Cihazların Qeydiyyat Sistemi” ilə bağlı xidmətlərdən istifadə etmək üçün xüsusi bölmə yaradılıb. Bununla yanaşı, Məlumat Hesablama Mərkəzinə aid olan e-imza.az, opendata.az, azdatacom.az saytlarına da keçid qoyulub.

Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir.

Saytda Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanan 7 xidmət – “e-İmza”, “SmartPay”, “SmartCell”, “AzDataCom”, Billinq Sistemi, Açıq Məlumatlar Portalı, Veb-saytların və Mobil Tətbiqlərin Yaradılması və hazırda istifadəçilərin ixtiyarına verilən 15 məhsul – “AzDoc”, “e-Kadr”, “e-Arxiv”, “Danışan Kitabxana”, Vahid Nömrə Satışı”, “Azcall” Çağrı Mərkəzi, “Somar” satış proqramı, Mobil Nömrədaşıma Xidməti, Cərimələrin Yığım Sistemi, Müraciətlərə Nəzarət Sistemi, Müqavilələrin Elektron Qeydiyyatı Sistemi, ABACUS (Mərkəzləşdirilmiş İanə Sistemi), “Poçtap” (İtirilmiş Sənədlərin Axtarış Sistemi), ARİS (Avtomatlaşdırılmış Rabitə İdarəetmə Sistemi), Mobil Cihazların Qeydiyyat Sistemi (IMEI) təqdim edilir.

45 ildən artıqdır fəaliyyət göstərən MHM informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edən yeni həllər yaradır. Həmçinin ölkə əhəmiyyətli bir neçə layihənin rəqəmsal operatorudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR