MİDA: Yasamal Yaşayış Kompleksində vətəndaşlar güzəştli şərtlərlə indiyədək 1 390 mənzil əldə edib

MİDA: Yasamal Yaşayış Kompleksində vətəndaşlar güzəştli şərtlərlə indiyədək 1 390 mənzil əldə edib
  • Clock-gray 11:08
  • calendar-gray 14 Yanvar 2020

Ötən ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi Yasamal Yaşayış Kompleksində mənzillərin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 5 satışı həyata keçirilib və 1112 ailə güzəştli mənzilə sahib olub.

APA-Economics” bu barədə MİDA-nın 2019-cu ildə fəaliyyətinin yekunlarına həsr olunmuş məlumatına istinadən xəbər verir.

Ümumilikdə, Yasamal Yaşayış Kompleksində Agentliyin sərəncamında olan 1 634 mənzildən 1 390 ədədi bu günədək vətəndaşlar tərəfindən güzəştli şərtlərlə əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 514-ü mənzili öz vəsaiti hesabına, 876-sı isə güzəştli ipoteka krediti hesabına əldə edib. Hazırda həmin yaşayış kompleksində qalan mənzillərin alqı-satqısının rəsmiləşdirilməsi prosesi davam etdirilir. Agentliyin ikinci layihəsi Hövsan Yaşayış Kompleksinin tikintisi ötən il ərzində başa çatdırılıb.

Məlumatda bildirilir ki, Azərbaycan vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına ilə bağlı Agentlik tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2 202 mənzilin, Sumqayıt şəhərində 0,75 hektar ərazidə 144 mənzilin tikintisi həyata keçirilir. Gəncə şəhərində isə 6,23 hektar ərazi çoxmənzilli binaların tikintisi üçün Agentliyin sərəncamına verilib. Layihələndirmə işləri tamamlandıqdan sonra həmin ərazidə yaşayış kompleksinin tikintisinə başlanılacaq.

Yeniliklərdən biri də “Güzəştli mənzil” sistemində elektron kabinet verilmiş şəxsin agent banka müraciət edərək ilkin razılıq qərarını alması, mənzillərin satışı müddətində mənzil seçimi edə bilməyən şəxslərə gözləmə qaydasında mənzil əldə etmək imkanının yaradılması və öz vəsaiti hesabına ödəniş edərək mənzil almaq istəyən şəxslər üçün satış elanı verilməsi olub. Bu günə qədər mənzilin alqı-satqısını rəsmiləşdirən şəxslərdən 46 nəfəri məhz gözləmə qaydasında mənzil seçmiş şəxslər olub.

MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən müvafiq proqramlar çərçivəsində, həmçinin dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, sosial məişət problemlərinin həlli məqsədilə binaların tikintisi həyata keçirilir.

"Bu istiqamətdə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına əsasən  yaradılmış Komissiyanın Azərbaycan ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi ilə bağlı müraciətinə uyğun olaraq 2019-cu ildə Agentlik tərəfindən Hövsan Yaşayış Kompleksində 436 mənzil ayrılıb. Bu ikinci dövlət sifarişi layihəsidir. Bundan öncə Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin ərazisində 77 mənzil Dövlət Sifarişi əsasında vətəndaşlara təqdim edilib”, - deyə Agentliyin məlumatında bildirilir.

Nərmin Rəhimova

Digər xəbərlər

Arxiv

date