Metronun “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb

Metronun “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb
# 07 noyabr 2020 11:00 (UTC +04:00)

“Bakı metropoliteni” QSC-nin “Xocəsən” deposunu “Avtovağzal” stansiyası ilə birləşdirən tunellərdə qazıntı işləri başa çatıb.

QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda sağ tunelin yolu hazırdır, sol tuneldə isə yol-tikinti işləri davam edir.

QSC-dən bildirilib ki, pandemiya şəraitinin xüsusi tələblərinə baxmayaraq, işlər öz axarı ilə davam etdirilir.

Qeyd edək ki, şərti adı “B-3” olan Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan deposunda müasir sistemlərin qurulması Fransanın “Thales” şirkəti tərəfindən həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR