"Microsoft" Azərbaycan üzrə süni intellektə bağlı milli strategiya hazırlamaq niyyətindədir

"Microsoft" Azərbaycan üzrə süni intellektə bağlı milli strategiya hazırlamaq niyyətindədir
  • Clock-gray 16:33
  • calendar-gray 08 İyun 2020

"Microsoft" korporasiyası tərəfindən Azərbaycan üçün süni intellektə bağlı milli strategiyanın hazırlanması ölkə rəhbərliyinin qarşısında gündəmə gətiriləcək.

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, şirkət tərəfindən mütəmadi olaraq süni intellekt mövzusuna həsr olunmuş sammitlər keçirilir ki, növbəti belə tədbir virtual olaraq iyunun 24-də təşkil olunacaq.

"Virtual sammitə iştirakçı qismində Azərbaycandan da nümayəndələr dəvət olunub. Düşünürük ki, onların bu sammitdə iştirakı süni intellektlə bağlı bir çox məsələyə aydınlıq gətirə və ölkə üçün bu strategiyanın yaradılması məsələsini sürətləndirə bilər. Biz bu məsələni ölkə rəhbərliyi qarşısında gündəmə gətirmək niyyətindəyik. Yəqin ki, bu yaxınlarda belə bir görüş baş tutsa, "Microsoft" bu məsələni səsləndirəcək. Süni intellekt strategiyasının olması hər bir ölkə üçün vacibdir və "Microsoft" olaraq biz belə bir strategiyanın Azərbaycan üçün yaradılmasında qlobal təcrübəmizi bölüşməyə hazırıq", - deyə Q. Mirzəyev qeyd edib.

Hüseyn Vəliyev

Digər xəbərlər