Məsafədən iş rejimi zamanı kibertəhlükəsizliyin təmin edilməsinə dair təlimat hazırlanıb - FOTO

Məsafədən iş rejimi zamanı kibertəhlükəsizliyin təmin edilməsinə dair təlimat hazırlanıb - FOTO
  • Clock-gray 14:21
  • calendar-gray 10 Noyabr 2020

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məsafədən iş rejimi zamani kibertəhlükəsizliyin qorunmasına dair təlimat açıqlayıb.

ETX-dan "APA-Economics"ə verilən məlumata görə, məsafədən iş rejiminə keçid ilə yanaşı kibertəhlükəsizlik sahəsində risklər əhəmiyyətli dərəcədə artıb.

Belə ki, dələduzlar müəssisələrin məsafədən iş rejiminə keçidə tam hazırlıqlı olmamasından və bu sahə üzrə mövcud kibertəhlükəsizlik boşluqlardan yararlanmağa çalışır. Odur ki, məsafədən işin düzgün təşkili və bu zaman kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi olduqca vacibdir.

Bu məqsədlə Elektron Təhlükəsizlik Xidməti tərəfindən "Məsafədən iş rejimi zamanı kibertəhlükəsizliyin təmin edilməsinə dair təlimat" hazırlanıb. Məsafədən iş rejimində çalışan müəssisə və əməkdaşlardan qeyd olunan Təlimatda göstərilən qaydalara əməl etmələri tövsiyə olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər