Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlar yerinə yetiriləcək

Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlar yerinə yetiriləcək
# 12 dekabr 2019 12:10 (UTC +04:00)

Bu ilin dekabrın 16-dan etibarən “Buta Airways aviaşirkəti “Baku Star Travel” şirkətinin sifarişi ilə Bakı-Məşhəd birbaşa çarter aviareysləri üzrə uçuşlara başlayacaq.

İranın Azərbaycandakı Səfirliyindən “APA-Economics”ə verilən məlumata görə, uçuşlar 1 il müddətində hər həftənin I və IV günləri yerinə yetiriləcək.

Bakı-Məşhəd aviareysinə bir istiqamətə biletin qiyməti 170 manat, hər iki istiqamətə isə 323 manat təşkil edir.

“Baku Star Travel” şirkətindən bildirilib ki, 1 ildən sonra sözügedən reysə tələbat artığı halda, uçuşların hər gün təşkil ediləcəyi istisna olunmur.

“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”, - deyə Səfirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR