NRYTN “WhatsApp”da yaranan problemə aydınlıq gətirib

NRYTN “WhatsApp”da yaranan problemə aydınlıq gətirib
# 19 mart 2021 23:00 (UTC +04:00)

Bu gün saat 21.00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, yaranan problem lokal deyil, qlobal xarakter daşıyır.

Dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Azərbaycanda və dünyanın bir çox ölkələrində "Whatsapp"la yanaşı, "İnstagram" və "Teleqram" social şəbəkələrinin istifadəsində də problem yaranmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR