NRYTN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTO

NRYTN kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTO
# 26 fevral 2021 16:14 (UTC +04:00)

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılan abidəni ziyarət edib.

Nazirliyin kollektivi faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək Xocalı soyqırımı abidəsinin önünə güllər düzüb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb, 150 nəfər itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR