NRYTN rəhbərliyinin Biləsuvar və Salyanda vətəndaşlarla görüşlərinin vaxtı dəyişdirilib

NRYTN rəhbərliyinin Biləsuvar və Salyanda vətəndaşlarla görüşlərinin vaxtı dəyişdirilib
# 05 mart 2020 12:10 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRTYN) rəhbərliyinin Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq martın 6-da Biləsuvar və Salyanda keçirilməsi nəzərdə tutulan görüşlərinin vaxtı dəyişdirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 31 mart 2020-ci il tarixində Biləsuvar şəhərində Biləsuvar və Neftçala sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə Salyanda rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR