NRYTN və KOICA arasında əməkdaşlıq məsələləri müzakirə olunub

NRYTN və KOICA arasında əməkdaşlıq məsələləri müzakirə olunub
# 21 oktyabr 2020 17:29 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyi ilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə nazir müavini Elmir Vəlizadə, KOICA-nın Azərbaycan nümayəndəliyinin ölkə üzrə direktoru Park Kumok və digər nümayəndələr iştirak ediblər.

Tədbirdə nazirlik ilə KOICA arasında mövcud uğurlu əməkdaşlıq, o cümlədən CIAT (Capacity Improvement and Advancement for Tomorrow) proqramı çərçivəsində 2021-ci ildən icrasına başlanılacaq “Kibertəhlükəsizlik üzrə potensialın gücləndirilməsi 2021-2023” (Cybersecurity capacity building) layihəsi ilə bağlı məsələlər və perspektiv istiqamətlər müzakirə olunub.

Hazırda Azərbaycanın Ermənistan və erməni lobbisi tərəfindən təşkil olunan informasiya müharibəsi şəraitində yaşadığı bir zamanda kibertəhlükəsizlik üzrə layihələrin dəstəklənməsinin iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR