Naftalan neftinin dövlət standartı təsdiq edilib

Naftalan neftinin dövlət standartı təsdiq edilib
# 20 avqust 2020 17:34 (UTC +04:00)

Naftalan nefti və ondan alınan məhsulların rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə AZS 886:2020 “Naftalan nefti nativ. Ümumi tələblər” dövlət standartının layihəsi Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanıb və “Naftalan nefti və ondan alınan məhsullar”ın standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 29) müzakirə edilib.

Azərbaycan Standartlaşdırma İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, Dövlət standartının layihəsi Naftalan Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti qurumlar ilə razılaşdırılmaqla İnstitut tərəfindən təsdiq edilib.

Naftalan neftinə dair dövlət standartının qəbul olunması Naftalan kurortunun gələcək inkişafı baxımından və dünyada daha geniş miqyasda tanınmasında böyük əhəmiyyətə malikdir.

Qəbul olunan standartın tətbiqi Naftalan kurortunun ölkədə rəqabət qabiliyyətliliyinin artırılmasına, yerli və xarici turistlərə göstərilən xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi turizmin inkişafına təkan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR