"Nar" görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb - FOTO

"Nar" görmə məhdudiyyətli insanlar üçün audio-kitablar hazırlayıb - FOTO
# 30 yanvar 2020 15:54 (UTC +04:00)

Görmə məhdudiyyətli insanlara dəstək məqsədilə Azərbaycanın mobil rabitə operatoru olan "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) və "Radio Antenn"in birgə həyata keçirdiyi" "Canlı kitab" layihəsi başa çatıb.

"Nar"dan "APA-Economics"ə verilən məlumata görə, 3 ay müddətində "Radio Antenn" 101 FM-in efirində Azərbaycan və dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə olunmuş əsərləri səsləndirilib və audio-kitablar şəklində yazılıb.

Yaddaş kartlarına köçürülən audio-kitablar Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5№-li Respublika xüsusi internat məktəbi və Respublika Gözdən Əlillər kitabxanasına təqdim edilib. Bununla da "Nar"ın dəstəyi ilə yaradılan səsli ədəbiyyat kitabxanası görmə məhdudiyyəti olan şəxslər üçün daha əlçatan olub.

"Nar"ın ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əziz Axundovun sözlərinə görə, layihənin əsas məqsədi görmə məhdudiyyətli insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır: “"Nar" fiziki məhdudiyyətli şəxslərə dəstək və insanların elmə marağının artması istiqamətində davamlı olaraq sosial layihələr icra edir. "Canlı kitab" layihəmiz ilə görmə məhdudiyyətli insanların Azərbaycan dilində mütaliəsi üçün məhdudiyyətin aradan qalxmasına töhfəmizi verməyə çalışdıq. Düşünürük ki, yaradılan audio-kitabxana həm görmə məhdudiyyəti olan şəxslərə, həm də ədəbiyyatı sevən insanlara yararlı olacaq. “Nar” olaraq fiziki məhdudiyyətli insanlara dəstək istiqamətində gələcəkdə də əhəmiyyətli layihələr icra etməkdə davam edəcəyik", - deyə Ə. Axundov bildirib.

Qeyd edək ki, 3 ay müddətində "Radio Antenn" 101 FM-in canlı efirində Cek London, Qabriel Qarsia Markes, Gi de Mopassan, Haruki Murakami, Anton Çexov, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Mir Cəlal Paşayev, Əbdürrəhim bəy Haqverdiyev, İsi Məlikzadə, Kamal Abdulla və digər yazıçıların müxtəlif əsərləri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən səsləndirilib. "Canlı kitab" layihəsinin əsas məqsədi görmə məhdudiyyətli şəxslər üçün mütaliə imkanı yaratmaq və insanların ədəbiyyata marağının artmasına dəstək olmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR