"Nar+" tətbiqi ilə müştəri xidməti cibinizdə

"Nar+" tətbiqi ilə müştəri xidməti cibinizdə
# 25 dekabr 2020 17:22 (UTC +04:00)

Azərbaycanda tətbiq edilən sərt karantin rejimi müddətində “Nar” abunəçiləri evdən çıxmadan mobil hesablarını “Nar+” tətbiqi ilə müstəqil idarə edə bilərlər.

Belə ki, tətbiq vasitəsilə abunəçilər izahlı qaiməni dərhal və rahatlıqla əldə edə, balansını artıra və yoxlaya, hesabına nəzarət edə, ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə bilərlər. Tətbiq eyni anda vahid platforma üzərindən bir kliklə 5-dək hesabı idarə etməyə də imkan verir. Bundan başqa “Nar+” tətbiqinin onlayn çat xidməti müştəri xidməti funksiyasını yerinə yetirərək bütün sorğuları operativ şəkildə cavablandırır.

Qeyd edək ki, “Nar+” tətbiqini “AppStore” və “PlayStore”dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR