Naxçıvanda telefon stansiyalarının nömrə tutumları artırılıb

Naxçıvanda telefon stansiyalarının nömrə tutumları artırılıb
# 19 avqust 2020 09:58 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə 1294 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib. Naxçıvan Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, ilin birinci yarısında Culfa rayonunda 568 nömrə tutumlu yeni nəsil ATS qurulub. Naxçıvan şəhərində 656 nömrə tutumlu, Şərur rayonunun yeni istifadəyə verilən Muğancıq-Mehrab kənd Rabitə Evində 192 nömrə tutumlu, Məmmədsabir kəndində isə 256 nömrə tutumlu yeni nəsil avtomat telefon stansiyaları qurulub.

Muxtar Respublikada yeni təşkil olunan taksi xidməti üçün proqram təminatı hazırlanıb, üç rəqəmli “288” prefiks ayrılaraq mərkəzi serverə qoşulub.

Naxçıvan ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi istiqamətində zəruri avadanlıqlar quraşdırılıb, bir sıra qurumlara, yaşayış binalarına, kənd mərkəzlərinə optik xətt çəkilişi həyata keçirilib. Cari ilin ilk altı ayında 5876 abunəçi internetlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR